TÜRKİYƏ İLK MİLLİ ELEKTRİK QATARLARINI İSTİFADƏYƏ VERƏCƏK

0

2003-2020-ci illərdə Türkiyədə dəmir yoluna 212 milyard lirə sərmayə qoyulub.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Nazir qeyd edib ki, ölkənin dəmir yolu şəbəkəsinin yenilənib. Onun sözlərinə görə, Türkiyədə dəmir yolunun uzunluğu 12 min 803 kilometrə çatıb.

Hazırda 3 min 500 kilometr dəmir yolu xətti inşa olunur. “Bütün dəmir yollarımızı elektrikləşdirilməsi istiqamətində işlərimiz intensiv şəkildə davam edir”, – Adil Karaismailoğlu deyib.

Nazir eyni zamanda sürəti saatda 176 kilometr olan ilk milli elektrik qatarının istehsalı üçün işləri tamamladıqlarını xəbər verib: “Qatarlarımız çox qısa müddətdə vətəndaşlarımızın xidmətində olacaq”.

Karaismailoğlu dəmir yollarının nəqliyyat növləri arasında karbon tullantılarının azaldılması baxımından əhəmiyyətli nəqliyyat sistemi olduğunu nəzərə çatdırıb. “Türkiyə Respublikası Dövlət Dəmir Yolları (TCDD) tərəfindən 2025-ci ilə qədər istehlak edilən enerjinin 50/100-dən çoxunu bərpa olunan enerji mənbələrindən əldə edəcəyik. Türiyənin dəmir yollarının 1 753 kilometri və ya 45 faizi elektrikləşdirilib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MN: ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ MÖVQELƏRİMİZİ İNTENSİV ATƏŞƏ TUTUB

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və...

Bağla