İNGİLTƏRƏ HÖKUMƏTİ MÜSƏLMAN MOİZƏÇİDƏN ÜZR İSTƏDİ

0

İngiltərə hökuməti, 2015-ci ildə terroru leqallaşdırmaq və fanatizmə meylli olmaqda ittiham etdiyi moizəçi Dr. Salman Butdan üzr istəyib.

Yerli “The Guardian” qəzetinin xəbərinə görə, islam21c.com saytının redaktoru olan But, 2015-ci ildə baş nazirliyin yaydığı bəyanatda adının fanatiklər siyahısında olmağına və terroru leqallaşdıran şəxs kimi göstərilməyinə görə məhkəməyə müraciət edib.   

İngiltərə hökuməti əvvəllər yaydığı bəyanatı müdafiə etsə də, Butun məhkəmədə qalib gəlməsindən sonra onun adını siyahıdan çıxarmağı, həmçinin təzminat və məhkəmə xərclərini ödəməyi qəbul edib.

İngiltərinin daxili işlər naziri Priti Patel hökumət adından Dr. Salman Butdan üzr istəyib. Patelin hüquq müşaviri Eydan Ertli isə hökumətin iddiaçıya qarşı səhv addım atdığını qəbul etdiyini, onun bütün zərərlərinin qarşlanacağını deyib. Ertli həmçinin prosesin belə uzun sürməsinə görə təəssüf etdiyini bildirib.

Məhkəmə prosesi başa çatdıqdan sonra universitet tələbələrinin və digər müsəlman moizəçilərin adı bəyanatdan çıxarılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CEYHUN BAYRAMOV: “ERMƏNİSTANIN MİNA XƏRİTƏLƏRİNİ TƏQDİM ETMƏSİ VACİBDİR”

“Uzun illər ərzində hüquqları pozulmuş məcburi köçkünlər təhlükəsiz və ləyaqətli şəkildə işğaldan azad edilən ərazilərdəki öz evlərinə geri qayıdacaqlar”. Bunu...

Bağla