Türkiyənin tanınmış yazıçı, şair, mütəfəkkir, publisisti Sezai Karakoç 88 yaşında dünyasını dəyişib.
Bu barədə Türkiyə Prezident Administrasiyasının məruzəçisi İbrahim Kalın sosial şəbəkədəki şəxsi səhifəsində məlumat yayıb.
Yaxınları şairin kovid səbəbindən ölmədiyini, yaşlılıqla əlaqədar keçirdiyi narahatlıq səbəbindən dünyasını dəyişdiyini vurğulayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şairin vəfatı ilə əlaqədar nekroloq paylaşıb.
Allah rəhmət eləsin.