AZƏRBAYCAN MN: “ERMƏNİSTANLA DÖVLƏT SƏRHƏDİNDƏ VƏZİYYƏT SABİTLƏŞİB”

0

“Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib”.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÖYÜŞLƏRDƏ AZƏRBAYCANIN 7 HƏRBÇİSİ ŞƏHİD OLUB, 10 NƏFƏR YARALANIB – SİYAHI

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. Bu barədə...

Bağla