Səudiyyə Ərəbistanının şimal bölgəsində yerləşən Türeyf şəhərinə qar yağıb. Yerli mətbuatın xəbərində qarın əsasən şəhərin dağlıq və hündir ərazilərinə yağdığı bildirilir.
Səudiyyə Ərəbistanı Hidrometeorologiya xidmətinin əməkdaşı bölgədə temperaturun 7 dərəcəyə qədər azaldığını bildirib. Xidmət rəsmisi qarşıdakı günlərdə temperaturun sıfırdan aşağıya düşəcəyini də istisna etməyib.