TÜRKİYƏ HHQ TERRORÇULARI ZƏRƏRSİZLƏŞDİRİB

0

Türkiyənin şərqində keçirilən “Eren Kış” antiterror əməliyyatının yeddinci mərhələsi çərçivəsində Bitlis vilayətində 3 terrorçu zərərsizləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, antiterror əməliyyatı Türkiyə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə həyata keçirilib.

Bitlis vilayətində terrorçuların axtarışı və zərərsizləşdirilməsinə 680 polis əməkdaşı və xüsusi təyinatlı jandarm cəlb olunub. Ümumilikdə 38 xüsusi təyinatlı dəstə əyalətin bir sıra rayonlarında xidmət aparır.

Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TÜRKİYƏ XALQINI İQTİSADİ ASILILIQ MÜHARİBƏSİNDƏN QALİB ÇIXARACAĞIQ”

 “Bizə məzənnə və faiz artımları ilə oynanılan oyunu gördük. Amma səbr etdik və qazandıq”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib...

Bağla