ƏRDOĞAN İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ KOMİTƏ İCLASINA SƏDRLİK EDƏCƏK

0

Noyabrın 24-25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası keçiriləcək.

“Anadolu” agentliyi xəbər verir ki, nazirlərin toplantısına Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə İslam bankçılığının rolu ilə bağlı fikir mübadiləsi aparılacaq.

Nazirlərin iclasında, həmçinin 17-18 noyabr gündəliyi üzrə texniki müzakirələrdən sonra yüksək səviyyəli ekspertlər tərəfindən hazırlanmış qətnamə layihələri qiymətləndiriləcək.

İclasda COMCEC-in komitənin üzvü olan ölkələr arasında ticarət, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması və maliyyə sahələrində əməkdaşlığın inkişafı müzakirə olunacaq.

Bundan əlavə, iclasda İƏT-in İstanbul Arbitraj Mərkəzi və İslam İndeks Fondunun layihələri də təqdim olunacaq.

Qeyd edək ki, COMCEC 57 üzv ölkəni birləşdirir, daha 5 ölkə komitədə müşahidəçi statusuna malikdir. O, nazirlər səviyyəsində əsas qərar qəbul edən orqandır, 1984-cü ildən hər il toplanır və üzv ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə bir çox mühüm layihə və proqramlar həyata keçirir.

Təşkilat İslam ölkələrinin inkişaf problemlərinin həllini tapmağı qarşısına məqsəd qoyub.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GƏNCƏDƏ DİNİ RADİKALİZMƏ QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən...

Bağla