Türkiyə Konya vilayətinin Karapınar rayonunda yerləşən tarixi “Sultan Səlim” məscidinin anbarından qədim əlyazma Quran kitabı tapılıb.
Anbarda aşkarlanan Quranın 450 illik tarixi olduğu və Osmanlı padşahı II Sultan Səlim tərəfindən məscidə bağışlandığı bildirilir.
Karapınar müftisi Yunus Aydın, bu tapıntının böyük həyəcan yaratdığını və çox dəyərli olduğunu deyib.
Müfti bunun bütöv bir Quran kitabı olmadığını, sadəcə 10 cüzdən ibarət olduğunu, gözəl sülüs xəttlə yazıldığını və üzərində Sultan Səlimlə Karapınar adının qeyd edildiyini deyib.