Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə telefon danışıqları olub.
APA-nın yerli bürosunun Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, H. Akar hərbi helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.
“Hulusi Akar dost və qardaş Azərbaycan xalqına da başsağlığı verib”, – bildirilib.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.