“Təəssüf ki, Azərbaycanda helikopterin qəzaya uğraması nəticəsində 14 azərbaycanlı qardaşımız şəhid olub, 2 nəfər yaralanıb. Mən də qardaşımız İlham Əliyevə başsağlığı verdim”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə televiziya kanallarına müsahibəsində deyib.
CHP-ni bir sıra hadisələrdə ittiham edən Türkiyə lideri keçmiş SSRİ dövründə imperiya əsarətindən qaçan azərbaycanlıların həmin vaxt iqtidarda olan Cümhuriyyət Xalq Partiyası (CHP) rəsmiləri tərəfindən yenidən Sovetlər İttifaqında geri qaytarıldığını xatırladıb.
“Yüz qırx altı nəfər azərbaycanlı qardaşımız Rusiyanın (SSRİ-nin-red) zülmündən qaçaraq Türkiyəyə sığınıb. Təəssüf ki, CHP rəhbərliyi onları Stalin əsgərlərinin ixtiyarına verdi. Azərbaycanlı qardaşlarımız Boraltan körpüsündən keçərkən qətlə yetiriliblər. Türk əsgərlərinə “bizi onlara verməyin, öldürün”, – deyiblər. CHP budur”, – Ərdoğan xatırladıb.
Report