AMASYADA 500 NƏFƏR QURANI ƏZBƏRLƏYİB HAFİZ OLDU

0

Türkiyənin Amasya şəhərində 500 tələbə müqəddəs Qurani-Kərimi başdan sona qədər əzbərləyərək Hafiz adına layiq görülüblər. Yerli mətbuatın xəbərinə görə, şəhərdə 500 Hafiz üçün möhtəşəm mərasim keçirilib.

Hafizlərin təkbir sədaları ilə girdiyi mərasim Qurani-Kərim tilavəti ilə başlayıb.  

Tədbirdə Rəisul-Qurra Mustafa Demirkanın etdiyi duadan sonra icazət sənədi təqdim edilən Hafizlər, onları yetişdirən müəllimlərə təşəkkür ediblər.

Amasya müftisi Durmuş Ayvaz isə, əhali sayına görə Amasyanın ən çox hafizi olan şəhər olduğunu deyib.  

hafiz-amasya2.jpg

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN HAKİM PARTİYASI ERMƏNİSTANA ÇAĞIRIŞ EDİB

“Zəngəzur dəhlizinin açılması Türkiyənin digər türk dövlətləri ilə əlaqələr qurmasına zəmin yaradacaq”. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP)...

Bağla