Amerika Birləşmiş Ştatları (ABŞ) Men əyalətinin Portlend şəhərində Somali əslli Deka Dhalak bələdiyyə başçısı olub.
Bələdiyyə məclis üzvlərinin verdiyi səs çoxluğu ilə bu vəzifəyə gətirilən Dhalak, şəhərin ilk həm müsəlman, həm hicablı, həm də zənci bələdiyyə başçısı olub.
53 yaşlı Deka Dhalak 1992-ci ildə ölkəsi Somalidəki daxili münaqişələr səbəbindən ABŞ-a mühacirət edib.
Sabiq ABŞ prezidenti Donald Trampın izlədiyi islamofobik politikalar səbəbindən 2018-ci ildə siyasətə girdiyini deyən Dhalak, atdığı bu addımın ölkədəki digər etniklərə və gələcək nəsillərə də nümunə olacağına ümidvar olduğunu qeyd edib.