Hindistanın paytaxtı Yeni Dehlinin yaxınlığındakı Quruqram şəhərində radikal millətçi qruplar iki aydan artıq müddətdir cümə namazı qılınmasının qarşısını almağa cəhd edirlər.
Yerli dəstələr, baş nazir Narendra Modinin rəhbəri olduğu Hindistan Xalq Partiyası tərəfindən idarə edilən Haryana əyalətinə bağlı şəhərdə açıq havada cümə namazı qılanlara balta və dəyənəklərlə hücum edirlər.
Ortaq Hind Mübarizə şurasının ətrafında birləşən millətçi qruplar, qarşıdakı cümə günü açıq havada namaz qılmağa izn verməyəcəklərini elan ediblər.
Müsəlmanlar isə şəhərdə məscid sayı az olduğu üçün açıq havada namaz qılmağa məcbur olduqlarını bildiriblər.
Qeyd edək ki, bölgədə sadəcə 13 məscid olduğu bildirilir. Şəhər rəsmiləri daha əvvəl 108 açıq yerdə namaz qılınmasına izn versələr də daha sonra bu say 20-yə düşürülüb.