AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİSTANA XƏBƏRDARLIQ EDİB

0

Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində təxribat törədən Ermənistana növbəti dəfə xəbərdarlıq edib.

Nazirlikdən bildirilib ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub”, – nazirlikdən qeyd olunub.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribat törətdib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ AZƏRBAYCAN HƏRBÇİSİ ŞƏHİD OLUB

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər...

Bağla