ABŞ-DA UNİVERSİTET MƏSCİDİNDƏ QURANI YANDIRDILAR

0

Amerika Birləşmiş Ştatları (ABŞ) Arizona əyalət universitetindəki ibadət otağında müsəlman tələbələrə aid Qurani-Kərim və bəzi kitablar yandırılıb.

Bu barədə universitetin Müsəlman Tələbələr Dərnəyinə aid sosial şəbəkə səhifəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, universitet şəhərciyinin daxilindəki Hayden kitabxanasında yerləşən ibadət otağındakı Qurani-Kərim və dini kitablar yırtılaraq yandırılıb.  

Açıqlamada bunun, ikinci vandalizm hadisəsi olduğu xatırladılıb və vurğulanıb ki, burada təhsil alan müsəlman tələbələr təhlükəsizlik qayğısı çəkməməlidir.  

Həmçinin açıqlamada universitet polisi hadisə barədə təhqiqata dəvət edilib və rəhbərlik tərəfindən bu hadisənin pislənməsi tələb edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN ZƏFƏR PARADINDAN 1 İL ÖTÜR

Bu gün “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan Zəfər paradının keçirilməsindən 1 il ötür. 2020-ci...

Bağla