TÜRKİYƏ ƏSGƏRLƏRİ REGİONDA 20 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

0

Türkiyə ordusu son 2 gündə 20 terrorçunu məhv edib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, İraqın şimalındakı Avaşin-Basyan bölgəsində Türkiyə ordusunun 3 əsgərini öldürən terrorçular da daxil olmaqla, dünən 6, bu gün 14 nəfər olmaqla, ümumilikdə 20 terrorçu zərərsizləşdirilib.

Hulusi Akarın sözlərinə görə, 2015-ci ildən İraq və Suriyada ümumilikdə 33 100 terrorçu, bu ilin əvvəlindən isə 2 619 terrorçu zərərsizləşdirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ SƏFİRİ VƏ HƏRBİ ATTAŞE MONİTORİNQ MƏRKƏZİNƏ BAŞ ÇƏKİBLƏR

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, həmçinin səfirliyin Hərbi Attaşesi, briqada generalı Zəkəriyyə Yalçın işğaldan azad edilmiş torpaqlarda...

Bağla