Fransanın şimal şərqində yerləşən Müluz şəhərində müsəlmanlara aid məzarlıq hücuma məruz qalıb.
Xəbərdə bildirilir ki, Müluz şəhər qəbristanlığının bir tərəfində olan müsəlmanlara aid qəbirlərə ziyan vurulub.
Müluz şəhər bələdiyyəsinin sədri Mayk Lutz hadisəni pislədiyini bildirib. Məzarlara hörmət göstərilməli olduğunu deyən Lutz, faktla bağlı bir nəfər barədə istintaq başladığını açıqlayıb.
Yerli polis hadisə barədə təhqiqata başlayıb.
Fransa İslam Şurası (CFCM) hadisəni pisləyib. Diyanət İşləri Türk-İslam Şurası da baş verənlərə görə təəssüf etdiyini açıqlayıb.