Kanadanın baş naziri Castin Trüdo bir müddət əvvəl Kvebek əyalətində hicablı müəllimin işdən çıxarılmasını tənqid edib.
Yerli CTV kanalına e-mail göndərərək açıqlama verən baş nazir, bu qərarın doğru olmadığını vurğulayıb.
“Kanadada heç kim geyimi və dini inancları səbəbindən işdən çıxarılmamalıdır. Lazım gəlsə bu problemi məhkəmədə həll etməyin yollarını bağlamamışıq.” – deyə Trüdo yazdığı e-maildə bildirib.
Kvebek əyalətinin baş naziri François Leqult isə, Xalq Məktəbləri Şurasının hicablıq müəllimi işə götürərkən səhv etdiyini deyib.