Türkiyənin İstanbul şəhərində təqribən 1.5 il əvvəl fəaliyyəti bərpa edilən Ayasofiya məscidində təhlükəsizlik səviyyəsi dəyişdiriləcək.
Məlumata görə, açıldıqdan sonra təhlükəsizlik tədbirlərinin gücləndirildiyi məsciddə, təhlükəsizlik tədbirlərinin bir alt kateqoriyaya qədər azaldılması planlaşdırılır.
Bu plana görə məscidin təhlükəsizliyi ilə polis yox, xüsusi təhlükəsizlik şirkətinin əməkdaşları məşğul olacaq. Bundan sonra da məsciddə təhlükəsizlik tədbirlərinin mərhələli olaraq azaldılacağı bildirilib.
İHA