TÜRKİYƏNİN DAHA BİR PEYKİ ORBİTƏ ÇIXARILACAQ

0

Türkiyənin “Türksat-5B” peykinin orbitə çıxarılması üçün geri sayım başlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, bununla da kosmosda peyki olan 30 ölkədən biri olaraq Türkiyənin aktiv peyklərin sayı 8-ə çatacaq.

“Türksat-5B”nin buraxılışı dekabrın 19-na planlaşdırılıb.

Peyk ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromunda yerləşən “Space X” bazasından “Falcon 9” raketi ilə buraxılacaq.

Qeyd edək ki, peykin göyərtəsində Türkiyə və Azərbaycandan olan uşaqların rəsmlərindən yaradılmış kollaj yerləşdiriləcək.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMRƏYƏ GETMƏK İSTƏYƏNLƏR MÜTLƏQ “PFİZER” VAKSİNİ VURDURMALIDIR

“2022-ci il yanvarın 13-də növbəti Ümrə ziyarəti nəzərdə tutulub”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib....

Bağla