ABŞ-DA ÖZÜNÜ XRİSTİAN HESAB EDƏNLƏRİN SAYI GETDİKCƏ AZALIR

0

Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən rəy sorğusunda hər 10 nəfərdən 3 nəfəri hər hansı bir dinə sitayiş etmədiyini bildirib.

Pew Tədqiqat Mərkəzinin keçirdiyi anketə görə ölkədə özünü xristian hesab edənlərin nisbəti 10 il ərzində 75%-dən 63%-ə qədər azalıb.

Ölkədə sürətlə böyüyən və özünü “none” kimi tanıdan qrupun nisbəti 10 ildə 19%-dən 29%-ə qədər çoxalıb.

Pewin keçirdiyi son anketə görə ABŞ əhalisinin hər hansı bir dinə mənsub olmayan hissəsi 5 il ərzində 6%, 10 il ərzində 10%-ə qədər çoxalıb.

Hər gün dua etdiyini deyən və dini həyatının önəmli hissəsi kimi görən yetkin insanların sayında müntəzəm azalma müşahidə edilir.

ABŞ-da əhalinin əksəriyyətini təşkil edən xristian, xüsusilə də protestantların sayı sürətlə azalır. 10 il əvvəl gənc əhalinin 50%-ni əmələ gətirən dini icmanın, son anketdə 40%-ə qədər azaldığı məlum olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“İSMİ-ƏZƏM” NƏDİR?

Uca Allahın xüsusiyyətləri və sifətlərini bildirən 99 ad vardır ki, Quranda bunlar: “Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur”,[1] - şəklində...

Bağla