Türkiyənin Antalya şəhərindəki mərmər karxanasından üzərində “Bismillah” yazılan 195 milyon illik mərmər lövhə aşkarlanıb.
Məlumata görə, hadisə Antalya Korkuteli rayonunun Taşkesiği kəndindəki mərmər karxanalarından birində baş verib.
Karxanada emal edilmək üzrə kəsilən mərmərin üstündəki bəzi işarələr fəhlələrin diqqətini cəlb edib. Diqqətlə baxılanda bunun ərəb dili ilə yazılan “Bismillah”la eyni olduğu müşahidə edilib.
Bundan sonra mərmər lövhə tədqiq edilmək üçün Süleyman Demirel universitetinə göndərilib. Burada Prof. Dr. Füzuli Yağmurlu, Prof. Dr. Raşit Altındağ və Prof. Dr. Nazmi Şengünün apardığı tədqiqatlar nəticəsində mərmərin üzrəndə 195 milyon il əvvəl yaşamış dəniz canlılarının qalıqları aşkarlanıb.
Mərmər lövhə barədə hazırlanan hesabatda ərəbcə “Bismillah” yazısının tamamilə təbii şəraitdə əmələ gəldiyi vurğulanıb. Bildirilir ki, yazılar balıqqulaqlarının parçalanıb şəkil dəyişdirməsi və düzülməsi ilə meydana gəlib.
Akdeniz universiteti İlahiyyat fakultəsinin dekanı Prof. Dr. Əhməd Ögkenin hazırladığı elmi hesabatda isə mərmər üzərindəki fiqurların, Qurani-Kərimdə keçən və “Allahın adıyla” mənasına gələn “Bismillah” ayəsi ilə eyni simvolları daşıdığı bildirilib.