AİHM, ÖVLADI XRİSTİAN AİLƏYƏ VERİLƏN MÜSƏLMAN ANAYA DƏSTƏK VERDİ

0

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM), Norveçdə övladı əlindən alınaraq xristian ailəyə övladlıq verilən müsəlman ananın şikayətinə baxıb.

AİHM, bu addımla Avropa İnsan Hüquqları Konvensiyasının şəxsi həyatın və ailə həyatının toxunulmazlığını tənzimləyən maddəsinin pozulduğuna qərar verib.

Məhkəmə həmçinin, bu maddənin pozulması səbəbilə Norveç dövlətinin müsəlman ailəyə 30 min avro təzminat ödəməsini qərarlaşdırıb.

Qeyd edək ki, Mariya Abdi İbrahim 2009-cu ildə Kenyada dünyaya gələn körpəsi ilə Norveçə miqrasiya edib. Uşağın təhlükədə olduğu iddia edilərək 2010-cu ildə xristian ailənin himayəsinə verilib. 2010-cu ildə 4 dəfə, 2011-ci ildə 6 dəfə zərərçəkmişin övladını görməsinə izn verilib. 2015-ci ildə isə Norveç məhkəməsi uşağın xristian ailəyə övladlıq  verilməsinə qərar verib.

Zərərçəkmişin yerli məhkəmənin qərarına etriz üçün etdiyi apleyasiya şikayəti isə təmin edilməyib.

Övladına qovuşmaq üçün Norveçdə apardığı hüquq mübarizəsindən nəticə əldə edə bilməyə çarəsiz ana, AİHM-yə müraciət edib.

Somalili Mariya Abdi İbrahimin AİHM-də əldə etdiyi nəticə, başda Avstriya, Fransa, Hollandiya olmaqla Avropanın müxtəlif ölkələrində yaşayan türklər üçün də nümunə qərar olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANIN MÜBARİZƏSİNDƏ SONA QƏDƏR YANINDA OLACAĞIQ”

"Türkiyə Silahlı Qüvvələri dost və qardaşlarının hüquq və mənafelərini izləmək və qorumaq üçün mübarizəsini davam etdirəcək". Bunu Türkiyənin milli müdafiə...

Bağla