Amerika Birləşmiş Ştatlarında (ABŞ) ilk dəfə bir müsəlman ölkənin dini azadlıqlar üzrə xüsusi səfiri təyin edilib.
ABŞ prezidenti Jo Baydenin təqdimatı ilə iyulun 30-da “ABŞ Beynəlxalq Dini Azadlıqlar” səfiri olmaq üçün namizədliyi irəli sürülən Rəşad Hüseyn, Senatın iclasında 5-ə qarşı 85 səs çoxluğu ilə bu vəzifəyə təyin edilib.
Hindistan əslli müsəlman bir ailənin övladı olaraq ABŞ-ın Vayominq əyalətində dünyaya gələn Rəşad Hüseyn, İslami elmlər, ərəb dili və siyasət sahəsində təhsil alıb və “Yel” universitetinin professorudur.
ABŞ Milli Təhlükəsizlik Şurasında Qlobal Əlaqqələr departamentinin direktoru olan Hüseyn, daha əvvəl də Ədliyyə Nazirliyinin Milli Təhlükəsizlik departamentində fəaliyyət göstərib.
Barak Obama dövründə isə ABŞ-ın İslam Əməkdaşlıq Təşkilatında xüsusi nümayəndəsi və Strateji Terrorla Mübarizə üzrə xüsusi nümayəndəlik vəzifələrini icra edib.