TÜRKİYƏDƏ KÖMÜR MƏDƏNİNDƏ QƏZA BAŞ VERİB – ÇOX SAYDA YARALI VAR

0

Türkiyədə kömür mədənində qəza olub.

“Haber Global”a xəbər verir ki, hadisə İzmir vilayətində qeydə alınıb.

Ötən axşam yerli vaxtla saat 21:00-da Kınık rayonunda baş verən hadisə zamanı ilkin məlumata görə 8 işçi yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

İzmir vilayətində kömür mədəndə çökmə baş verməsi nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədəki şəxsi səhifəsində xəbər verir.

Nazir özünün tviterdəki hesabında yaralı sayının 45 nəfərə çatdığını bildirib.

“İzmirdə, Kınıkda mədəndə çökmə nəticəsində yaralanan 18 nəfər Kınıkda, 6 nəfər Berqamada, 21 nəfər isə Soma Dövlət Xəstəxanasında müalicə olunur. Hadisə yerinə 14 təcili yardım maşını, 2 UMKE (Milli Tibbi Xilasetmə Qrupu), ümumilikdə 48 səhiyyə işçisi ayrılıb”, – Fahrettin Koca sosial şəbəkədəki hesabında yazıb.

Hadisə ilə bağlı ilkin məlumatda qeyd edilirdi ki, mədəndə partlayış baş verib. Qəza zamanı mədəndə 50-yə yaxın işçi olub, onlardan bəziləri zəhərlənib. Mədən qəzası zamanı ölən olmayıb.

Əraziyə İzmir və Manisa vilayətlərinin təcili tibbi yardım briqadaları cəlb edilib.

Report

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DA İLK DƏFƏ BİR MÜSƏLMAN “DİNİ AZADLIQLAR SƏFİRİ” TƏYİN EDİLDİ

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ilk dəfə bir müsəlman ölkənin dini azadlıqlar üzrə xüsusi səfiri təyin edilib. ABŞ prezidenti Jo Baydenin...

Bağla