HİND RAHİBLƏR MÜSƏLMANLARA QARŞI SOYQIRIMI ÇAĞIRIŞI EDİBLƏR

0

Hindistanın baş naziri Modinin sədri olduğu BJP partiyasından olan deputatların da iştirak etdiyi tədbirdə hind rahiblər, müsəlmanlara qarşı soyqırımı çağırışı edib.

Tədbirdə çıxış edən rahiblərdən biri Myammarı xatırladaraq hər kəsi silahlanmağa dəvət edib.  

“Myammarda olduğu kimi polis, hərbçi, siyasətçilər və bütün hindlilər silahlarını götürüb müsəlmanlara qarşı soyqırımı tətbiq etməlidir. Hazırlaşın!” – deyə rahib bildirib.

Başqa bir rahib isə müsəlman əhalini azaltmaq üçün onları öldürüb həbsə girməyə hazır olduqlarını vurğulayıb.

“Müsəlman əhalini azaltmaq üçün onları öldürərək həbs olunmağa hazırıq. Əgər 2 milyon müsəlmanı öldürsək o zaman qələbə qazanarıq. Əllərimiz pəncədir, lazım gəlsə onları əllərimizlə parçalayarıq.” – deyə rahib bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Ankarada “TURKOVAC” peyvəndi istehsal edən möhtəşəm gigiyena layihəsi icra edəcəyik”

“COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndimiz bütün insanlar üçün istehsal edilir. Bunun üçün dünyanın ən böyük tutumlu peyvənd araşdırma, təkmilləşdirmə...

Bağla