AZƏRBAYCAN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN QURULMASINI DƏSTƏKLƏYİR

0

“Azərbaycan Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasını dəstəkləyir. Bu, regional əməkdaşlığın inkişafına töhfə verir”.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin qurulması yalnız beynəlxalq hüquq əsasında həyata keçirilə bilər: “Azərbaycan və Türkiyə hər zaman beynəlxalq hüququ əsas götürüb, Ermənistan isə yox”.

Xatırladaq ki, M.Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımların atılacağını bildirib. O, Türkiyənin Ermənistana çarter reysləri açmaq niyyətində olduğunu qeyd edib.

Daha sonra Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin olunub.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“CƏNUBİ QAFQAZDA TÜRKİYƏ-ERMƏNİSTAN QARŞIDURMASI SONA ÇATIR”

“Hazırda Cənubi Qafqazda fərqli vəziyyət yaranıb və proseslər çox fərqli istiqamətdə inkişaf edir. Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər...

Bağla