Son bir ildə Türkiyədə keçirilən əməliyyatlar zamanı müxtəlif terror qruplaşmalarının 1 140 üzvü zərərsizləşdirilib.
Bunu Türkiyə Daxili İşlər Nazirliyinin rəis müavini İsmayıl Çataklı 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Çataklı xatırladıb ki, hazırda dağlarda 156-dan çox terrorçu gizlənir.
“Əvvəllər ildə 5 min insan terrorçuların sıralarına qoşulurdu, lakin o zaman da istədiklərinə nail ola bilmirdilər. İndi onların sayı 156-dan azdır, sözsüz ki, məqsədlərinə çata bilməyəcəklər”, – Nazirlik rəsmisi bildirib.
2021-ci ildə Türkiyə hüquq-mühafizə orqanları ölkə daxilində 143 321 antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində terrorçuların 1 548 sığınacağı məhv edilib.
Report