HACI ALLAHŞÜKÜR PAŞAZADƏ ŞAMAXIYA SƏFƏR EDİB – (FOTO)

0
Yanvarın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri  Şamaxı şəhərində olub. Şeyxülislam həzrətlərini Şamaxı şəhərində İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov qarşılayıb.
QMİ sədri əvvəlcə Pirsaat kompleksində olub. 2019-cu ildə baş vermiş zəlzələdən sonra burada aparılan tikinti-bərpa və abadlaşdırma işləri ilə tanış olan Şeyxülislam həzrətləri xalqımızın dini-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti, cənab  İlham Əliyevə ölkə dindarları adından dərin minnətdarlığını dilə gətirib, eləcə də Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə verdiyi böyük töhfələrini yüksək qiymətləndirib.
Qeyd edək ki, ötən il noyabrın 1-də Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub və həmin açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişdilər.
Şeyxülislam həzrətləri bərpa olunmuş məsciddə namaz qılıb və dua edib. 
Daha sonra Şeyxülislam həzrətləri Şamaxı şəhərinin şəhidlər xiyabanını ziyarət edib və şəhidlərimizin ruhuna dualar edib.
Qeyd edək ki, Şamaxı səfərində Şeyxülislam həzrətlərini QMİ sədrinin Birinci müavini Salman Musayev və sədr müavini Fuad Nurullayev müşayiət ediblər.
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU AY YER KÜRƏSİNDƏ 6 MAQNİT QASIRĞASI OLACAQ

Cari ilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. Belə ki, 11, 12, 15, 17,...

Bağla