ALMANİYA MÜSƏLMAN QƏBİRİSTANLIĞINDA TÖRƏDİLƏN TƏXRİBATI PİSLƏYİB

0

Almaniya hökuməti İzerlon şəhərində Yeni il gecəsi müsəlman qəbiristanlığında törədilən təxribatı pisləyib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Bundestaqın üzvü Frank Şvabe tviter səhifəsində yazıb.

“Müsəlmanlar təkcə sağlığında deyil, öldükdən sonra da ölkəmizin bir parçasıdır. Qəbiristanlığa hörmət etməyənlər islamofoblar və ksenofoblardır. Bununla birlikdə mübarizə aparmalıyıq”, – Şvabe qeyd edib.

Bundestaq nümayəndəsi vurğulayıb ki, Almaniya hökuməti dini etiqad azadlığına riayət olunmasına cavabdehdir.

“İstənilən dinə və dünyagörüşünə mənsub olmaq insanların müstəsna hüququdur. Vicdan və etiqad azadlığının məhdudlaşdırılması qorxulu intibah dövrünü yaşayır. Biz bununla razılaşa bilmərik”, – Şvabe əlavə edib.

Xatırladaq ki, Yeni il gecəsi Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANİ-KƏRİM OXUYARKƏN NƏYƏ DİQQƏT ETMƏLİYİK?

Allah Adəm övladına haqqa dəvət etmək və doğru yol göstərmək üçün kitablar və peyğəmbərlər göndərmişdir. Hər bir peyğəmbərin vəzifəsi digərinə...

Bağla