ABŞ-DA HAKİM MƏSCİD TİKİNTİSİNİN LEHİNDƏ QƏRAR VERDİ

0

Amerika Birləşmiş Ştatlarında (ABŞ) federal hakim, məscid tikintisinə qarşı olan şəhər administrasiyasının bu addımının qanunsuz olduğuna qərar verib.

Məlumata görə, ABŞ Missisipi əyaləti DeSoto şəhərinin Horn Leyk rayonunda müsəlmanların məscid tikdirmək tələbi qəbul edilməyib.

Federal məhkəmənin hakimi Maykl P. Mills, bu çərçivədə məhkəməyə müraciət edən iki müsəlmanın lehində qərar verib.

Hakim, məscid tikintisi üçün lazım olan iznin dərhal verilməsini və zərərçəkmiş tərəfə 25 min dollar vəkil xərclərinin ödənilməsini qərarlaşdırıb.

Qeyd edək ki, məscidin tikintisi başa çatdıqdan sonra bu, DeSoto şəhərinin ilk məscidi olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ XİN BAŞÇILARI QAZAXISTANDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. “Haber Global” xəbər verir ki, tərəflər...

Bağla