ERMƏNİSTAN SİLAHLILARI KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB

0

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSADA İKİ ÜZLÜ DEMOKRATİYA – VƏKİLİN HİCABINI AÇDIRDILAR

Fransada vəkilliyə namizəd müsəlman qadın, Paris vəkillər kollegiyasının and içmə mərasimində islamofobik rəftara məruz qalıb. Məlumata görə, vəkilliyə namizədlər üçün...

Bağla