TÜRKİYƏ-SURİYA SƏRHƏDİNDƏ 3 TÜRK HƏRBÇİ ŞƏHİD OLDU

0

Türkiyə Şanlıurfa vilayətinin Suriya ilə sərhədindəki Akçakale rayonunda Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi terror hadisəsi nəticəsində şəhid olublar.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 3 hərbçi terrorçuların kustar üsulla hazırladığı qurğunun partlaması nəticəsində şəhid olublar.

“Akçakale/Şanlıurfa sərhəd bölgəsində 2022-ci il yanvarın 8-də terrorçuların kustar üsulla hazırladığı bombanın partlaması nəticəsində 3 qəhraman silahdaşımız leytenant Murat Alyakut, müddətdən artıq hərbi qulluqçu siravi Ertuğrul Ulipınar və onbaşı Enes Koç şəhid olmuşdur. Bizi dərin kədərə qərq edən təəssüf hissi doğuran bu hadisədə dünyasını dəyişən əziz şəhidlərimizə Allahdan rəhmət diləyir, kədərli ailələrinə, silahlı qüvvələrimiz ilə əsil millətimizə başsağlığı və səbr diləyirik.” – deyə nazirliyin açıqlamasında qeyd edilib.  

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AKAR ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ ATƏŞKƏSİN POZULMASINDAN DANIŞIB

"Hadisəyə nikbinliklə baxırıq. Atəşkəs pozuntuları getdikcə azalır. Sabitlik daha əhatəli olur”. Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib....

Bağla