“AZƏRBAYCANLA “İKİ DÖVLƏT, BİR MİLLƏT” ANLAYIŞI İLƏ BİRLİKDƏ OLMAĞA DAVAM EDƏCƏYİK”

0

“Tarixi prosesdəki fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə kədərdə, sevincdə bir yerdə olmağa davam edəcəyik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında şəhid olanların anım mərasimində deyib.

“Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz Cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyat mübarizəsi aparan əsgərlər Azərbaycan türklərinin köməyi sayəsində sağ qala bildilər”, – Akar qeyd edib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ-SURİYA SƏRHƏDİNDƏ 3 TÜRK HƏRBÇİ ŞƏHİD OLDU

Türkiyə Şanlıurfa vilayətinin Suriya ilə sərhədindəki Akçakale rayonunda Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi terror hadisəsi nəticəsində şəhid olublar. Bu barədə...

Bağla