Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə onlayn formatda “Tibb elmləri və innovasiyalar” mövzusunda V beynəlxalq konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon Kongresi) keçirilmişdir. Beynəlxalq konqresdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə elmləri doktoru Qəmər xanım Cavadlı “İslam bioetikasında süni mayalanmaya münasibət” mövzusunda çıxış etmişdir.
Konqresin elmi-təşkilat komitəsində bir sıra nüfuzlu elm xadimləri yer alıb. Qeyd edək ki, İKSAD hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində (Ermənistan istisna olmaqla) müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq konfrans və simpoziumlar təşkil edir. Bu günədək biologiya və tibb elmləri istiqamətinə aid 4 belə beynəlxalq tədbir dünyanın bir sıra ölkələrinin iştirakı ilə Türkiyə və Azərbaycanda böyük müvəffəqiyyətlə təşkil olunub.