ABŞ-DA ERMƏNİLƏR AZƏRBAYCANA QARŞI TƏXRİBAT TÖRƏDİBLƏR

0

ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törədiblər.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirib.

“Ötən gecə erməni radikalları erməni terrorçu Qurgen Yanikyanın fotosunu konsulluğun binası qarşısından asıblar. Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatlarını qətlə yetirib. Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, Los-Ancelesin Federal Təhqiqat Bürosunu və Los-Anceles polisini bu məsələni araşdırmağa çağırırıq”, – baş konsul qeyd edib.

Erməni terrorçu, türk diplomatların qatili Qurgen Yanikyan 27 yanvar 1973-cü ildə Santa Barbara şəhərində yerləşən “Baltimor” otelində Türkiyənin Los-Ancelesdəki konsulu Məhməd Bayduru və vitse-konsul Bahadur Demiri qətlə yetirib. O, həmin il məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq həbsdən azad olunub və bir ay sonra vəfat edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİSTANIN TƏXRİBATI NƏTİCƏSİNDƏ HƏRBİ QULLUQÇUMUZ ŞƏHİD OLUB

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq...

Bağla