AZƏRBAYCAN VƏ TÜRKİYƏ MÜDAFİƏ NAZİRLƏRİ TELEFONLA DANIŞIB

0

Yanvarın 12-si Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.

Cənab H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİSTAN DÖVLƏT SƏRHƏDİNDƏ YENİDƏN TƏXRİBATLAR TÖRƏDİB

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən...

Bağla