ŞOTLANDİYADA BİR QƏSRDƏN OSMANLI SULTANLARININ PORTRETLƏRİ TAPILDI

0

Şotlandiyada bir evin çardağından Osmanlı imperatorluğunun padşahlarına aid 5 pertret aşkarlanıb. Məlumatı yayan “Sotheby`s” hərrac mərkəzi, XVII əsrdən qalan portretlərin Qanuni sultan Süleyman, I Bəyazid, I Məhməd, II Murad və II Bəyazidə aid olduğunu bildirib.

Əsərlərin təqribən 100 ildir burada olduqları, eyni kolleksiyada Teymurləngin də portretinin olduğu qeyd edilib.

Portretlərin Şotlandiyanın Cedburq qəsəbəsinin yaxınlığında XVIII əsrdə tikilən, Lotian markizinə aid bir qəsrdə aşkarlandığı bildirilir.

“Sotheby’s” hərrac mərkəzi portretlərin 50 min ilə 70 min funt-sterliq (115 min ilə 160 min azn) dəyərində olduğunu deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda “Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanacaq

Milli Məclisin yaz sessiyasında “Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanacaq. Bu, parlamentin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz...

Bağla