Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı sayt yaradılıb. Məlumata görə, yolumuzqarabaga.az saytını Dövlət Turizm Agentliyi yaradıb. İnternet resursunun bu gündən işə düşəcəyi gözlənilir.
Xatırladaq ki, yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Nəzərdə tutulan marşrut xətləri Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı və Bərdə – Ağdam – Bərdədir. Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.