TÜRKİYƏ BAYRAKTAR AKINCININ TƏDARÜKÜ ÜÇÜN İLK İXRAC MÜQAVİLƏSİNİ İMZALAYIB

0

Türkiyə “Bayraktar Akıncı” döyüş pilotsuz uçan aparatlarının (PUA) ixracına dair ilk müqaviləni imzalayıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə “Baykar Makina” İHA istehsalçısının baş direktoru Haluk Bayraktar bildirib.

“Baykar Makina”nın baş direktoru bu müqavilənin hansı ölkə ilə bağlandığını açıqlamayıb.

Onun mühərrikləri Ukrayna tərəfindən tədarük ediləcək. Müqaviləyə əsasən tədarük 2023-cü ilə planlaşdırılır.

Bayraktar, həmçinin “Bayraktar TB-2 PUA-larına tələbatın artdığını da qeyd edib. Onların alınması üçün 16 ölkə ilə müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyə son illərdə təkcə silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də ixrac üçün döyüş PUA-larının istehsalına başlayıb. Hazırda “Bayraktar TB-2” PUA-larını istifadə edən altı dövlət var: Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukrayna. Bu tip PUA-lardan Qarabağ, Suriya və Liviyada döyüş əməliyyatlarında istifadə edilib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TÜRKİYƏ VƏ ABŞ-IN F-16-LARIN TƏDARÜKÜ BARƏDƏ DANIŞIQLARI YAXŞI KEÇİB”

Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda aparılan danışıqlar yaxşı keçib. “Milliyet” xəbər verir ki, bunu Türkiyənin...

Bağla