AZƏRBAYCANDA MƏSCİDLƏRƏ DİNİ RƏHBƏR TƏYİN EDƏCƏK QURUM MƏLUM OLUB

0

Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyətini həyata keçirəcək qurum məlum olub.

“Report”un xəbərinə görə, “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklə bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.

Qeyd edək ki, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.

Qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA DİNİ QURUMLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI QAYDASI DƏYİŞİR

Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınması qaydası dəyişdirilir. Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 12-ci maddəsinin II və III hissəsinə...

Bağla