TÜRKİYƏDƏ YENİ ƏDLİYYƏ NAZİRİ TƏYİN EDİLDİ

0

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Yozqat millət vəkili Bekir Bozdağ ədliyyə naziri təyin edilib.

Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı Türkiyənin rəsmi qəzetində yayımlanıb.

Qeyd edək ki, sabiq ədliyyə naziri Abdulhamid Gül bu vəzifədən ayrılmaq üçün prezident Rəcəb Tayyib Ərdoğana müraciət etmişdi.

2017-ci ildən Türkiyənin ədliyyə naziri olan Abdulhəmid Gül sosial şəbəkədə prezident Ərdoğana təşəkkür edib və yeni nazir Bekir Bozdağa uğurlar arzulayıb.

Xatırladaq ki, Bekir Bozdağ, daha əvvəl Rəcəb Tayyib Ərdoğan, Əhməd Davudoğlu və Binəli Yıldırımın qurduğu hökumətlərdə ədliyyə naziri olmuşdu.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ADIN NƏ DEYİR?

Qədim zamanlardan bəri uşağa ad qoyma məsələsi öz özlüyündə böyük bir adət ənənə halında davam etmişdir. Ad qoymaq üçün “ad...

Bağla