Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

0

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı olub. Telefon danışığında Azərbaycan və Ermənistan arasında davamlı sülhün vacibliyi vurğulanıb.

Türkiyə mətbuatı xəbər verir ki, danışıqlar zamanı ikitərəfli münasibətlər, xüsusilə siyasət, iqtisadiyyat və müdafiə məsələləri, Ukrayna böhranı, Ermənistanla normallaşma prosesi və digər regional məsələlər müzakirə edilib.

Türkiyə ilə ABŞ arasında razılaşdırılan Birgə Strateji Mexanizmin təfərrüatları və mövzularının müzakirə edildiyi danışıqlarda iki ölkə arasında real, planlı və davamlı dialoqu təmin edəcək mexanizmin ən qısa zamanda həyata keçirilməsinin vacibliyi xatırlanıb.

Danışıqlar zamanı Ukrayna böhranının dialoq və əməkdaşlıq yolu ilə həlli istiqamətində səylərin müzakirə edildiyi bildirilib və Türkiyənin NATO müttəfiqi olaraq böhrandan çıxmaq üçün hər cür dəstəyi davam etdirəcəyi qeyd olunub.

Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Ukraynanın paytaxtı Kiyevə səfərinin problemin diplomatiya yolu ilə həllinə töhfə verəcəyi vurğulanıb, habelə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin və uzunmüddətli münasibətlərin qurulmasının zəruriliyi, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması regionun sabitliyi və rifahı üçün vacibliyi vurğulanıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİKMƏT HACIYEV: “ZƏNGƏZUR DƏHLİZİ ERMƏNİSTAN ÜÇÜN YENİ İMKANLAR AÇACAQ”

Zəngəzur dəhlizi bütün iştirakçı tərəflərə, o cümlədən qonşu Ermənistana böyük imkanlar yaradacaq ki, bu da onun dənizə çıxışı olmayan ölkə...

Bağla