HOLLANDİYADA YÜZLƏRLƏ GƏNC KÜTLƏVİ SÜBH NAMAZI QILDI

0

Hollandiyanın müxtəlif yerlərindən gələn təqribən 400 nəfərlik gənc qrupu Şidem şəhərində görüşərək birlikdə sübh namazı qılıblar.

“Camaatla sübh namazı” adlı tədbir, Milli Görüş təşkilatlarına bağlı fəaliyyət göstərən Hollandiya İslam Federsiyasının (NIF) təşkilatçılığı ilə keçirilib.

“Yıldız İslam Mərkəzi”nin məscidində keçirilən tədbirdə Qurani-Kərim oxunub, namaz qılınıb, iştirak edənlərə zəmzəm suyu, xurma və başqa hədiyyyələr verilib.

Namazdan sonra çıxış edən NIF Gənclər təşkilatının sədri Ömər Kıraç, 400 gəncin kütləvi sübh namazı qılmağının həqiqi bir bayram havası yaratdığını, bu mənzərəni gördükdən sonra gələcəyə daha ümidlə baxdığını qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANA TEXNOLOJİ LAYİHƏLƏRDƏ DƏSTƏK VERMƏYƏ HAZIRIQ”

“Türkiyədə olduğu kimi, Azərbaycanda da texnoloji layihələrin reallaşdırılması üçün ölkənizə hər cür dəstək verməyə hazırıq”. Bunu bu il Bakıda keçiriləcək...

Bağla