Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. O, bu barədə TRT telekanalına müsahibəsində məlumat verib.
Nazir bildirib ki, səfər azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəvəti əsasında baş tutacaq: “Ən qısa zamanda Bakıya gedəcəyəm. Həmkarım, Ceyhun qardaşım dəvət edib. Onsuz da xüsusi nümayəndələr görüşür, amma biz də fikir mübadiləsi aparacağıq”.