KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULUB

0

Fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ XİN BAŞÇISI AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. O, bu barədə TRT telekanalına müsahibəsində məlumat verib. Nazir bildirib ki,...

Bağla