Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu nəşrlərindən New York Times qəzeti müsəlmanların Fransanı tərk etdiyini yazıb.
Bu istiqamətdə xüsusi reportaj hazırlayan qəzet, islamofobiya və ayrı-seçkiliyə məruz qalan müsəlmanların səssizcə bu ölkədən getdiyini qeyd edib.
Fransanı tərk edən müsəlman sayının hər gün çoxaldığının qeyd edildiyi xəbərdə bildirilir ki, ölkədən bu cür kütləvi axın gələcəkdə böhrana səbəb olacaq.
Xəbərdə, prezident Makronun ən yaxın 3 rəqibinin öz platformalarında miqrasiya əleyhdarlığını vurğuladıqlarını, halbuki son illərdə Fransanın Avropada ən az miqrant qəbul edən ölkə olduğu qeyd edilib.
Həmçinin bu axının Fransada iqtisadi dinamikanı zəiflədəcəyi, müxtəlif sahələrdəki müsəlman peşəkarların getməsi ilə ölkənin bir çox çətinliklərlə üz-üzə qalacağı vurğulanıb.
Qeyd edək ki, bəzi hesabatlara görə son illərdə Fransada müsəlmanların əleyhində hadisələr və aksiyalar 50%-dən çox artıb.