TÜRKİYƏ KƏŞFİYYATI PKK-NIN RƏHBƏR ŞƏXSLƏRİNDƏN DAHA BİRİNİ MƏHV EDİB

0

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriya ilə sərhəddə keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG-PYD terror qruplaşmasının “Hebat Gever” ləqəbli üzvü Süleyman Orhanı zərərsizləşdirilib.

O, yanvarın 8-də Türkiyənin Şanlıurfa şəhərinin sərhədyanı Akçakala rayonunda hərbi karvanın keçdiyi ərazidə əldəqayrıma partlayıcının işə salınmasını təşkil edib.

Bildirilib ki, o, Suriyanın Rəsulayn və Tel Abyad-Suluk rayonlarına terror hücumları ilə bağlı təlimat verib. Bu terror hücumları nəticəsində Rəsulaynda Türkiyənin 6, Tel Abyad-Suluk rayonunda isə Türkiyənin 3 hərbçisi şəhid olmuşdu.

Əvvəllər onun terrorçu İŞİD-ə qarşı mübarizədə öldüyü barədə yalan məlumat yayılmışdı.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“MƏQSƏDİMİZ AZƏRBAYCANDA SAVADLI DİNİ KADRLAR HAZIRLAMAQDIR”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il fevralın 9-da imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan...

Bağla