MALKOM X-İN VƏFATININ İL DÖNÜMÜDÜR

0

Ötən gün, amerikalı aktivist, sonradan İslam dinini qəbul edərək Malik Şahbaz adını almış Malkom X-in vəfatının il dönümü idi. 

Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada “İslam milləti” hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir. 1952-ci ildə icbari işlə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra, tez bir zamanda təşkilatın ən güclü şəxslərindən birinə çevrilmişdir.

Malkolm X Afroamerikan vətəndaş haqları hərəkatı zamanı hərəkatın 10 il boyunca ictimai sifəti rolunu oynamışdır. O, qaradərililərin üstünlüyünü, qara və ağ amerikalıların ayrı-ayrı olduğunu müdafiə edirdi. O, həmçinin, insan haqları hərəkatını irqi inteqrasiyaya vurğu etdiyinə görə rədd edirdi.

O, “İslam milləti” ilə əldə etdiyi bəzi sosial uğurlara görə qürur duyduğunu açıq formada bildirirdi. Bu uğurlardan isə narkotik asılılıqdan pulsuz reabilitasiya proqramı xüsusi seçilirdi. 1950-ci illərdə Malkolm X Federal Təhqiqat Bürosu tərəfindən izlənilirdi. Federal Təhqiqat Bürosu “İslam milləti”nin kommunizmlə əlaqəli olduğunu güman edirdi.

1960-cı illərdə Malkolm X “İslam milləti” və onun rəhbəri Eliyah Məhəmmədlə bağlı məyusluq hissi keçirməyə başladı. Bununla eyni zamanda İslamın Sünnilik məzhəbinə daha da yaxınlaşdı. Həcc ziyarətini tamamladıqdan sonra, irqi inteqrasiyanı müdafiə etməyə və rasizmi tənqid etməyə və özünü əl-Hac Malik əl-Şahbaz adlandırmağa başladı. Afrikaya səyahət etdikdən sonra “İslam milləti” hərəkatını tamamilə rədd etdi və Müsəlman Məscidi İnistitutunu və panafrikaizmi qabartmaq üçün Afro-Amerikan Birliyi Təşkilatını yaratdı.[6]

1964-cü ildə onun “İslam milləti” ilə olan mübahisələri daha da şiddətləndi.Nəticədə 1965-ci ilin 21 fevralında “İslam milləti” hərəkatının 3 üzvü onu güllələyərək öldürdü. Malkolm X Günü hər il dünyanın müxtəlif ölkə və şəhərlərində qeyd olunur. ABŞ-da onun şərəfinə adlandırılmış yüzlərlə küçə və məktəb var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HOLLANDİYADA İSLAMOFOBİYA ÇOXALMAĞA BAŞLAYIB

Amesterdam bələdiyyəsinin hazırlatdığı hesabata görə Hollandiyada vizual mühitdə və iş yerlərində müsəlmanların təzyiqlərə və nifrət nitqlərinə məruz qalması halları çoxalıb....

Bağla