Türkiyə və Azərbaycan alpinistləri Xocalı faciəsi qurbanlarının xatirəsinə zirvəyə çıxıblar

0

Türkiyə və Azərbaycan alpinistləri Naxçıvan Muxtar Respublikasındakı Xaça dağının zirvəsinə birgə qalxıblar.

“Anadolu” agentliyi xəbər verir ki, aksiya 1992-ci ilin fevralında Xocalıda ermənilərin qadınlar, qocalar və uşaqlar da daxil olmaqla 613 dinc sakini qətlə yetirməsinin növbəti ildönümünə həsr olunub. Aksiyada Türkiyənin müxtəlif bölgələrindən 24, Azərbaycandan isə 7 alpinist iştirak edib.

Yürüş Azərbaycanın Qarsdakı Baş Konsulluğu, “Zirvə” Alpinizm və Açıq Hava İdmanları Klubunun (Pik), eləcə də Azərbaycan Dilini, Tarixini və Mədəniyyətini Qoruma və Dəstək Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunub. Zirvəyə çatdıqdan sonra alpinistlər Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra hər iki ölkənin himnləri səsləndirilib.

Alpinistlər üzərində “Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edirik” yazısı, həmçinin Türkiyə və Azərbaycanın bayraqları olan plakat nümayiş etdiriblər.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış...

Bağla